Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:13

Kosovo-Serbiya sərhəddindəki 2 məntəqə hələ də bağlıdır


Kosovonun şimalında yerli serblər Serbiya ilə sərhəddəki 2 nəzarət-buraxılış məntəqəsinə aparan yolları hələ də blokadada saxlayırlar.

Onlar sərhəd məntəqələrinin açılmasını tələb edirlər, amma bir şərtlə ki, orda etnik serblər işləsin.

Hazırda məntəqələr bağlıdır və həmin əraziyə beynəlxalq sülhümühavizə qüvvələri nəzarət edirlər.

Bu günlərdə sərhəd məntəqələrində kosovo polisiylə yerli serblər arasında baş vermiş toqquşmada 1 polis ölüb.

Serbiya parlamenti bazar günü münaqişəni dinc yolla həll etməyə çağıran qətnamə qəbul edib.
XS
SM
MD
LG