Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:37

Liviyanın Benqazi şəhərində 4 üsyançı öldürülüb


Bazar gününə keçən gecə Liviyanın Benqazi şəhərində Qaddafinin tərəfdarlarıyla baş vermiş toqquşmada 4 üsyançı ölüb.

Bu barədə üsyançıların nümayəndəsi Mahmud Shamman xəbər verir.

Onun sözlərinə görə şəhərdə bir neçə saat atışma gedib.

Üsyançılar həftənin əvvəllərində şəhərdəki həbsxanalardan birindən qaçış təşkil etməkdə şübhəli bilinən 30-dan artıq adamın saxlandığını deyirlər.

Üsyançıların lideri Abdel Fattah Yonis cümə axşamı Benqazidə öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG