Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:32

Talibançı yerli qəbilə başçısını güllələyib


Pakistanın şimal-qərbində talibançılar yerli qəbilə başçısı Malik Arsala Xanı (Malik Arsala Khan) güllələyiblər.

Məlumatlara görə buna səbəb onun hökumətə meyilli olması və qohumlarını hazırda yaraqlılara qarşı hərbi əməliyyatlar aparılan regiona döndərmək istəməsi olub.

Polisin məlumatına görə, hadisə Tank rayonundakı mərkəzi bazarda baş verib.
Motosikletlə yaxınlaşan yaraqlı onu güllələyərək aradan çıxıb.

Talibançılar bundan əvvəl qəbilə başçılarına döyüş zonasına qayıtmamağı xəbərdarlıq ediblər.

Hakimiyyət isə yerli sakinləri talibançılara qarşı durmaq üçün geri dönməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG