Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:44

Suriya hakimiyyəti Hama şəhərinə ordu yeridib


Suriya ordusu sübh tezdən ölkənin şərqindəki Hama şəhərinə hücum edib.

Şahidlər şəhərə tank və canlı qüvvələr yeridildiyini, itkilər olduğunu xəbər verirlər.

Hama şəhəri Suriyada hakimiyyətə qarşı etirazların əsas ocaqlarından biri sayılır.

Həmçinin bazar gününə keçən gecə Deyr əl Zor şəhərinə ordu yeridilib.

Məlumatlara görə yerli sakinlər barrikadalar quraraq hərbçilərə müqavimət göstərirlər.

Müxalifət fəalları azı 5 adamın öldüyünü xəbər verirlər.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində ölkədə 1800-dən çox adamın öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG