Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:47

Ağ evdə dövlət borcuyla bağlı qızğın müzakirələr gedir


Ağ evdə dövlət borcu limitinin qaldırılmasıyla bağlı qızğın müzakirələr gedir.

Respublikaçılarla demokratlar məsələ ətrafında kompramisə gəlməyə çalışırlar.

Senatda çoxluq təşkil edən demokratların lideri Harri Rid ( Harry Reid) tərəflərin mövqeinin yaxınlaşdığını və konqresmenlərə vaxt vermək üçün məsələylə bağlı səsvermənin təxirə salındığını deyir.

Həmçinin respublikaçıların Nümayəndələr Palatasındakı lideri Con Beyner (John Boehner) tərəflərin tezliklə razılığa gələcəklərinə ümidlə yanaşdığını bildirib.

Əgər borc limiti qaldırılmasa Birləşmiş Ştatlar texniki maliyyə problemilə üzləşə bilər.

Hazırda ABŞ-ın federal borc limiti 14.3 trilyon dollardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG