Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:49

Mirzə Xəzər inqilaba çağıran Azərbaycan generalının poeziyası haqda


Mirzə Xəzər
Mirzə Xəzər
Mirzə XƏZƏR
mirzexezerinsesi.net
on-line qəzetinin rəhbəri


İnqilaba çağıran Azərbaycan generalının poeziya dünyasına baxış

Bu şair od püskürür. Bu şairin adını xalq bilmir. Bu şair aləmi üsyana səsləyir. Bu şairin içi intiqam və sevgi ilə yanır. Bu şair Azərbaycanın XXI əsr inqilab carçısıdır. Bu general-şair "Qalx ayağa müsəlman!" nidası ilə məzlumları hərəkətə çağırır:

Bəsdir yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşmənə aman!


Bu şair nəsihət verir, mənəvi saflığa çağırır, yeni nəslin həyat istiqamətini göstərir:

Oğlum, əməlinlə şərəfi qoru,
Ki, sən ol ən təmiz, sudan da duru!
Gecə-gündüz çalış hər elmi ara,
Xalqının xeyrinə, şərinə yara!


Bu şair qeyri-adi şairdir. Təvazökar şairdir. İstedadına qiymət verilməyən şairdir. Şəxsiyyətlərə pərəstiş edən şairdir:

Ulu Heydər yolu məqsədin olsun!..
Dühası, zəkası məbədin olsun!
Elə şəxsiyyətlər az-az yetişər
Ki, onun üzündən gül açsın bəşər.
Odur alçalmadan yüksəyə qalxan.


Bu şair intizardadır. Bu şair xiffət çəkir. Bu şair darıxır. Bu şair ruhi əzab çəkir:

Nə müddətdir könlüm yaman darıxır,
Gözlərim hər yanda axtarır səni:
- Xəyalım dolanır göylərə qalxır,
Göylərin qatında axtarır səni!
Ey ulu öndər!


Həsən Şirinov
Bu şair haqsızlığa qarşıdır. Bu şair „xalqın nəqşi“ni tanıyır. Bu şair "Qurtuluş“ yolunu tanıyır:

Haqsızlıq önündə
yenilməz qalxan.

Kişilik rəmzidir,
xalqın nəqşidir,

Qurtuluş yolunda
tanrı bəxşidir.


Kimdir bu şair? Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini polis general-mayoru Şirinov Həsən Kamil oğlu.

1950-ci ildə Naxçıvan MR Babək rayonunda anadan olub. 3 ali təhsil almasına baxmayaraq həmişə soruşanda özünü 1969-cu ildən Heydər Əliyev Akademiyasının məzunu hesab edir.

Rütbəli inqilab carçılarına eşq olsun!

Bəsdir yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşmənə aman!


"Mirzə Xəzərin səsi" on-line qəzeti
30.07.2011

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG