Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:46

İsraili qazla təmin edən kəmərə hücum edilib


Misirdə yenidən İsraili qazla təmin edən kəmərə hücum edilib.

Şahidlərin sözlərinə görə, şənbə günü qazayırma stansiyasının yerləşdiyi ərazidə atışma olub.

Bu stansiya hələ iyulun əvvəllərində törədilmiş partlayış nəticəsində sıradan çıxıb və hazırda bərpa işləri aparılır.

Bu fevralda prezident Hosni Mubarakın istefasından sonra kəmərə edilmiş 5-ci hücumdur.

Bu hücumlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
XS
SM
MD
LG