Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:37

Yəməndə səhvən 14 əsgər öldürülüb


Yəməndə aviasiya qüvvələrinin səhvi ucbatından hökumətpərəst könüllü qüvvələrin 14 əsgəri həlak olub.

Bu barədə Yəmən xüsusi xidmətinin rəhbərliyi xəbər verir.

Hadisə cümə günü axşam Zincibar şəhərinin şərqində baş verib.

Hazırda bu bölgədə yerli ekstremist qüvvələrlə hökumət qoşunları arasında döyüşlər gedir.

ABŞ və bir sıra ölkələr hesab edirlər ki, əl Qaidə və digər terrorçu quruplar ölkədəki vəziyyətdən istifadə edərək Yəməndə daha da fəallaşa bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG