Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:04
İyulun 29-da Savalan dağına yürüş olub.

İran Azərbaycanından olan yüzlərlə fəal hökumətdən ana dilində təhsil və milli hüquqların tələbi ilə yürüş keçiriblər.

Məlumatı İrandakı Azərbaycanlı Siyasi Məhbusların Haqlarını Müdafiə Təşkilatı (ADAPP) yayıb.

Tədbir zamanı «Siyasi məhbuslara azadlıq!», «Azərbaycan ölməyib, özlüyündən dönməyib!», «Ana dilim ölən deyil, özgə dilə çönən deyil!» kimi şüarlar səsləndirilib.

İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 35 milyona çatdığı bildirilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.

Şərhləri göstər

XS
SM
MD
LG