Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:00

30 prokurorluq əməkdaşı cəzalandırılıb


2011-ci ilin 1-ci yarısında müxtəlif xətalar törətdiklərinə görə 30 prokurorluq əməkdaşı cəzalandırılıb.

Bu barədə Baş Prokurorluğun bu ilin birinci yarısının yekunlarına dair keçirilən əməliyyat müşavirəsində qeyd edilib.

2 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdikləri üçün prokurorluq orqanlarından xaric edilib. 4 nəfər tutduqları vəzifələrdən azad olunub. 28 əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilib.

Eyni zamanda, tabeçilikdə olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, qanunsuzluqlara yol verən 8 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG