Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:38

Bəzi dondurmalarda bakteriya aşkarlanıb


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti «AER» firmasına məxsus anbarda olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərib.

Nazirliyin mətbuat xidmətindən «AzərTAc»a bildiriblər ki, müayinələr nəticəsində müəssisədə istehsal edilən «Nağıl», «Zimuşka Zima», «Plombir spark», «Plombir», «Bir cənub şəhərində», «Royal», «Plombir fındıqlı», «Yasif», «Venera», «Cornello», «Futik», «Lyubimım», «Eskimo Maqnuliya» və «Nyu-York» adlı dondurmalarda təhlükəli bakteriyaların olduğu aşkar edilib.

Nəticədə 4 555 kiloqram dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti «AER» firmasına icrası məcburi göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG