Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:01

Rusiyanın məşhur 50-liyi


Mariya Şarapova
Mariya Şarapova
«Forbes» jurnalının dərc etdiyi Rusiyanın məşhurlar siyahısında nəhayət ki, lider dəyişikliyi baş verib. 6 ildir ki, Rusiya ulduzları siyahısının başında dayanan tennisçi Mariya Şarapova bu dəfə ikincidir. Birinciliyi isə reytinq cədvəlinə ilk dəfə düşən musiqiçi Stas Mixaylov ələ alıb. 42 yaşlı S. Mixaylovun illik gəliri 20 milyon dollardır. Bir il ərzində yazılı mətbuatda adı 77 dəfə hallanıb.

İkinci yerdə duran M. Şarapovanın illik gəliri isə 24 milyon dollardır.

Siyahının üçüncüsü illərdir unudulmayan Alla Puqaçovadır. 62 yaşlı müğənninin illik gəliri 4 milyon dollardır. Rusiyanın xokkey ulduzu Aleksandr Oveçkin, müğənnilər Qriqori Leps, Filipp Kirkorov, Nikolay Baskov, Yelena Vaenqa, Dima Bilan və teleaparıcı Kseniya Sobçak da İlk onluqdadır. Siyahının sonuncusu – 50-cisi 55 yaşlı müğənni Larisa Dolinanın illik gəliri isə 0.8 milyon dollardır.

Reytinq cədvəlində məşhurların gəlirlərinin ümumi məbləği də az qala 2 dəfə artıb: 2005-ci ildə 116 milyon dollar idisə, 2011-ci ildə 208 milyon dollara qalxıb.

REYTİNQ CƏDVƏLİ NECƏ TƏRTİB OLUNUR?

Reytinq cədvəli 3 meyar əsasında tərtib olunur: illik gəlir, mətbuatın diqqəti və namizədlərin internet auditoriyasında doğurduğu maraq.

Cədvəli tərtib edənlər 1 iyul 2010-cu ildən 30 iyun 2011-ci ilədək olan dövr ərzində namizədlərin hesablarına köçürülən qonorarları hesablayıblar.

Həmçinin, 14 mətbuat orqanı seçilərək bir il ərzində namizədlərin adının həmin KİV-lərdə nə qədər hallanması analiz olunub. «Яндекс»də namizədlərin adlarının neçə dəfə axtarışa verildiyi hesablanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG