Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:15

Liviyanın dövlət televiziyası bombalanıb


NATO təyyarələri şənbə gününə keçən gecə paytaxt Tripolidə Liviya Dövlət televiziyasının 3 yayım stansiyasını bombalayıb.

NATO komandanlığının məlumatına görə, əməliyyatda olduqca dəqiq silahlardan istifadə edilib və məqsəd əhalini qorxuya salan informasiyaların qarşısını almaqdır.

Liviya lideri Muammar Qaddafinin iqamətgahı da daxil olmaqla Tripolidəki başqa obyektlərə də zərbələr endirilib.

Tripolinin qərbində isə üsyançılarla Qaddafi qüvvələri arasında döyüş davam edir.

Üsyançılar bir neçə yaşayış məntəqəsini ələ keçirdiklərini, Qaddafi qüvvələri isə 3 gün ərzində 180-ə yaxın üsyançının öldürüldüyünü deyirlər.

Hələlik bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG