Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:33

«Neftçi»nin baş məşqiçisi istefaya göndərildi


Dinamo Zaqreb - Neftçi oyunu. Çempionlar Liqası. 13 İyul 2011

Dinamo Zaqreb - Neftçi oyunu. Çempionlar Liqası. 13 İyul 2011

Çempionlar Liqasında Zaqreb «Dinamo»su ilə görüşlərdəki uğursuzluqdan sonra «Neftçi»nin baş məşqçisi Arif Əsədov bir neçə gün əvvəl istefa ərizəsi ilə klub prezidentinə müraciət edib.

APA-nın klubun saytına istinadən məlumatına görə, komandanın prezidenti Sadıq Sadıqov istefa ərizəsini qəbul etməyərək, baş məşqçiyə düşünməyi məsləhət görüb.

Arif Əsədov Çempionlar Liqasındakı uğursuzluqdan sonra komandadakı psixoloji gərginlik, «Neftçi»nin daha böyük zəfərlər qazanmasına layiq olduğunu və bir qədər də dincəlmək istədiyini bildirərək, istefa ərizəsinin qəbul olunmasını xahiş edib.

Müzakirələrdən sonra onun istefa ərizəsi qəbul olunub.

Əsədov istefası ilə bağlı deyib ki, mənə etibar edib, komandaya baş məşqçi təyin etdiyinə görə «Neftçi»nin prezidenti Sadıq Sadıqov başda olmaqla, klub rəhbərliyinə minnətdarlığımı bildirirəm:

««Neftçi»yə gələcək yarışlarda uğurlar arzulayıram. Yeni baş məşqçi çempionluqla yanaşı, Çempionlar Liqasında uğurlu çıxışı, bu turnirin qrup mərhələsinə düşmək haqqında düşünməlidir. Komandaya gələcək baş məşqçiyə də uğurlar arzulayıram».

Günün bütün mövzuları

XS
SM
MD
LG