Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:18

Naxçıvanda həbs edilən AXCP fəalları zaminə buraxılıb


AXCP Naxçıvan təşkilatının sədr əvəzi Yaşar Bağırsoy

AXCP Naxçıvan təşkilatının sədr əvəzi Yaşar Bağırsoy

İyulun 27-də həbs olunmuş AXCP Naxçıvan təşkilatının sədr əvəzi Yaşar Bağırsoy və onun qardaşı Zeynal Bağırzadə zaminə buraxılıblar.

Bu haqda AzadlıqRadiosuna Yaşar Bağırsoyun özü məlumat verib: «Aksiyada döyüldükdən sonra mən və qardaşım Zeynal şikayət etmək üçün Babək Rayon Polis İdarəsinə getdik. Bizim özümüzü orada həbs etdilər. Haqqımızda xuliqanlıq və asayişi pozma maddələri ilə cinayət işi açdılar. Polis idarəsində bizimlə kobud davranırdılar. Bizi təhqir edərək , mənəvi və fiziki təzyiq edirdilər. Üç gün həbsdə qaldıqdan sonra Nehrəm kənd sakinlərinin tələbi ilə 29 iyulda zaminə buraxıldıq».

Yaşar Bağırsoy hesab edir ki, həbs olunmaları onun siyasi fəaliyyəti ilə bağlı olub.

Yaşar Bağırsoy və qardaşı iyulun 27-də Babək rayonunun Nehrəm kəndində su problemi ilə bağlı keçirilən etiraz aksiyasından bir neçə saat sonra həbs olunmuşdular. Haqlarında 3 aylıq həbs-qəti imkan tədbiri seçilmişdi.

Babək Rayon Polis İdarəsindən isə Yaşar BağırsoyZeynal Bağırovun həbs olunmaları haqda danışa bilməyəcəklərini bildirmişdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG