Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:57

2 aprel aksiyasında həbs edilmiş sonuncu dörd nəfərin cinayət işi məhkəməyə göndərilib


Arif Hacılı

Arif Hacılı

İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən sonuncu 4 nəfərin istintaqı yekunlaşıb.

Bakı Şəhər Prokurorluğundan «APA»ya bildirib ki, iş üzrə təqsirləndirilənlər - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd MəcidliFuad Qəhrəmanlı ilə bağlı cinayət işinin materialları baxılması üçün aidiyyəti üzrə Səbail rayon Məhkəməsinə göndərilib.

Aprelin 2-də baş vermiş hadisələrlə əlaqədar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG