Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:20

Xaricdə tibb təhsili alanların diplomları Azərbaycanda tanınmayacaq


“Rezidentura tətbiq edilənə qədər başqa ölkələrdə tibbi təhsil almış tələbələrin diplomları Azərbaycanda tanınacaq. Ancaq bu, müəyyən müddətdən sonra baş verəcək”.

Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavini vurğulayıb ki, bu mərhələdən sonra xaricdəki tibbi təhsil ocaqlarında müəyyən ixtisaslara yiyələnmiş şəxslərin diplomları tanınmayacaq.

E. Ağayev bunu Azərbaycanın özünün müstəqil və konseptual təhsil sisteminə üstünlük verməsi ilə əsaslandırıb: “Azərbaycan atıq yeni təhsil sisteminə keçib və cari ilin sentyabr ayında rezidenturaya imtahanlar keçiriləcək”.

Onun sözlərinə görə, rezidentura imtahanlarına həm Səhiyyə Nazirliyi, həm də Nazirlər Kabineti tam hazırdır. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG