Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:51
Azərbaycanın valyuta ehtiyatlarının həcmi 38 mlrd. dollara çatıb.

Bu barədə İqtisadi İnkişaf naziri Şahin Mustafayev «The Business Year» iqtisadi jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının Bakıda keçirilən təqdimat mərasimində bildirib.

O deyib ki, Azərbaycanın valyuta ehtiyatları dövlət borcunu dəfələrlə üstələyir. Müstəqillik illərində ölkə iqtisadiyyatına 100 mlrd. dollar investisiya yatırılıb ki, bunun da 53%-ni daxili investisiyalar təşkil edir.

Ş.Mustafayev qeyd edib ki, indiyədək Azərbaycan sahibkarları tərəfindən Türkiyə iqtisadiyyatına 4 mlrd. dollar investisiya yatırılıb:

«Yaxın gələcəkdə daha 6 mlrd. dollar investisiya yatırılması nəzərdə tutulur. Gürcüstan iqtisadiyyatına yatırılan investisiyaların həcmi isə 1 mlrd. dollara yaxınlaşıb».

Nazir onu da əlavə edib ki, Azərbaycanda artıq Sumqayıt, Qaradağ və Gəncə sənaye şəhərciklərinin yaradılması üzərində iş gedir:

«Bu il ərzində Gəncə alüminium zavodu işə başlayacaq». /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG