Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:45

Liviya üsyançılarının lideri öldürülüb


Liviya üsyançılarının silahlı qüvvələrinin rəhbəri və iki köməkçisi ötən gecə öldürülüb.

Abdel Fattah Younes-in ölüm xəbəri Benqazidə mətbuat konfransı zamanı açıqlanıb. Üsyançılarının Milli Keşid Şurasının başçısı Mustafa Abdul Jalil qətli törədənlərin başçısını həbs etdiklərini bildirib. Və 3 gün matəm élan olunacağını qeyd edib.

Abdel Fattah Younes-in hansı şəraitdə öldürüldüyü açıqlanmır.

Liviyanın keçmiş baş naziri olan Younes 1969-cu ildə Muammar Qaddafini hakimiyyətə gətirməyə kömək edənlərdən idi. Fevral ayından isə üsyançılara qoşulmuşdu.
XS
SM
MD
LG