Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:15

Elnur Məcidlinin atası və daha iki nəfər saxlanıb


Məhkəmənin qapalı keçirilməsini istəyirlər

Məhkəmənin qapalı keçirilməsini istəyirlər

2 aprel aksiyasına görə saxlananlardan dörd nəfərin - Elnur Məcidli, Əhəd Məmmədli, Rüfət HacıbəyliÜlvi Quliyevin məhkəməsi avqustun 9-da davam edəcək.

İyulun 29-da Nəsimi rayon Məhkəməsində bu haqda qərar verilib.

Müttəhimlərin yaxınları və gənc fəallar məhkəmə zalına buraxılmayıb.
Nəsimi rayon Məhkəməsinin qarşısında toplaşan gənc fəallar və müttəhimlərin yaxınları zorla uzaqlaşdırılıblar. Onlardan üçü – Ramin Abdullayev, Elnur Məcidlinin atası Arzuman MəcidliRövşən Nəzirli Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinə aparılıb.

Həmin şəxslərin saxlanması haqda məlumatı 20-ci polis bölməsinin növbətçisi Vəliyev də təsdiqlədi. O, AzadlıqRadiosuna bildirdi ki, həmin şəxslər hazırda bölmədədirlər:

«İzahat alınıb, xəbərdarlıq edildikdən sonra buraxılacaqlar».

İctimai Palata bu ilin aprelin 2-də aksiya keçirib, bundan sonra 13 nəfər saxlanıb, 14 nəfər haqda cinayət işi qaldırılıb.

MÜSAVATÇI: «MƏHKƏMƏYƏ GƏLƏNLƏRİ DÖYÜBLƏR»

2 aprel aksiyası zamanı həbs olunmuş 4 gəncin növbəti məhkəməsi başlar-başlamaz polis insanları Nəsimi rayon Məhkəməsi qarşısından uzaqlaşdırmağa başlayıb.

Müsavat Gənclər Təşkilatından Səxavət Soltanlı bildirir ki, toplaşmış insanlar arasında həbs edilənlər də var:

«2 aprel aksiyası iştirakçılarının məhkəməsi idi. 10:30-da başlamalı idi. Nəsimi Polis İdarəsinin rəhbərliyi tərəfindən məhkəmə qarşısına gələn insanlara zor tətbiq olundu. Müsavat Gənclər Təşkilatının şura üzvü Ramil Abdullayev, Elnur Məcidlinin atası Arzuman Məcidli polis mayoru tərəfindən döyülərək polis bölməsinə aparıldı. Eləcə də adını bilmədiyimiz bir neçə nəfəri polis bölməsinə apardılaq. Elnur Məcidlinin və Əhəd Məmmədlinin yaxın qohumları – qadınlara zor tətbiq olunaraq məhkəmə qarşısından uzaqlaşdırıldı. Hazırda övladı həbs edilən insanlardan biri üçün təcili tibbi yardım gəlib. Deyirlər ki, məhkəmənin qapalı keçirilməsini istəyirlər. Bu gün hazırlıq iclasının yekun qərarı oxunmalıdır. Ona görə də qapalı keçirilməsində maraqlıdırlar».

HƏMÇİNİN OXU

Azadlıq», «İstefa» və dəmir barmaqlıqlar

Günün bütün mövzuları

XS
SM
MD
LG