Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:55
«İsti dalğaların davamiyyəti daha uzunmüddətli olub. Məsələn, ötən illərdə bir ay ərzində 40 dərəcəlik hərarət 2-4 gün olurdusa, indi anomal isti günlərin davamiyyəti 4-5 gün çəkir».

Bunu «APA»ya açıqlamasında Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, son illər anomal isti günlərin sayı artıb.

U. Tağıyeva deyib ki, Hidrometeoroloji Proqnozlar Bürosu ölkə ərazisində anomal istilərin olacağı haqqında əvvəlcədən aidiyyəti orqanlara xəbərdarlıqlar edir:

«Avqustun 3-dək Azərbaycanda temperatur daha da yüksələcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu 38-40, yarımadanın bəzi ərazilərində və Bakı şəhərinin bəzi yerlərində hətta 42 dərəcəyə çatacaq. Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 38-42 isti olacaq, temperaturun bəzi yerlərdə 44 dərəcəyədək, dağlıq rayonlarda isə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir».

U. Tağıyeva bu göstəricinin Azərbaycan ərazisi üçün rekord olmadığını da deyib. Yüzillik metroloji müşahidələrə görə, ölkə ərazisində ən yüksək temperatur 2000-ci ildə qeydə alınıb. Həmin il avqustun əvvəlində Naxçıvan Muxtar Respublikasında havanın temperaturu 46 dərəcə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG