Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:47
Naxçıvanda AXCP yerli təşkilatının sədr əvəzi Yaşar Bağırsoy və qardaşı Zeynal Bağırzadə həbs olunublar. Bu haqda Yaşar Bağırsoyun digər qardaşı Cəfər Bağırov məlumat verib.

Cəfər Bağırov bildirib ki, hər iki qardaşı iyulun 27-də Babək rayonunun Nehrəm kəndində su problemi ilə bağlı keçirilən aksiyadan bir neçə saat sonra həbs olunublar: «Aksiya başlayan kimi mülki geyimlilər töküldülər qardaşlarımın üstünə. Onları təhqir etdikdən sonra döyməyə başladılar. O qədər döydülər ki, hər ikisinin sifəti və bədənlərinin müxtəlif hissələri qaraldı. Bu hadisədən şikayət etmək üçün qardaşlarım bir neçə aksiya iştirakçısı ilə birgə Babək Rayon Polis İdarəsinə getdilər. Polis idarəsində isə faktı araşdırmaq yerinə şikayətçi olan qardaşlarımı həbs ediblər».

Cəfər Bağırovun sözlərinə görə, onlarla görüşə icazə verilmir: «Polis İdarəsinin rəisi mənə dedi ki, qardaşlarından şikayət olunduğundan onlara cinayət işi açılıb, hər ikisi haqda üç aylıq həbs qərarı çıxarılıb. Qardaşlarım siyasi sifarişlə həbs olunub. Belə olmasaydı onların şikayətlərini araşdırmaq yerinə, özlərini heç bir əsas olmadan həbs etməzdilər».

Deyilənlərə münasibət öyrənmək üçün Babək Rayon Polis İdarəsinin rəisi Cavid Qasımovla əlaqə saxladıq. Polis rəisi Yaşar Bağırsoy və Zeynal Bağırovun həbs olunmaları haqda danışa bilməyəcəyini bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG