Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:50

Suriyada 3 minədək adam itkin düşmüş hesab olunur


Suriyada mövcud rejimə qarşı keçirilən etiraz aksiyalarından bu yana 3 minədək adam itkin düşüb.

Bu barədə beynəlxalq insan haqları fəalları qrupunun yaydığı hesabatda bildirilir.

Onların sözlərinə görə, itkin düşənlərin əksəriyyəti etiraz nümayişləri dağıdılarkən saxlanıb və hazırda həbsdədilər.

Hüquq müdafiəçiləri onların buraxılmasına nail olmaq üçün dünya liderlərini Suriya hakimiyyətinə təzyiqləri artırmağa çağırırlar.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 1600-dən çox adamın öldürüldüyünü deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG