Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:51

Rusiya ABŞ rəsmiləri üçün "qara siyahı" hazırlayır


Rusiya Birləşmiş Ştatların bir sıra Rusiya məmurlarına qarşı viza sanksiyası tətbiq etməsinə cavab olaraq, ABŞ rəsmilərinin qara siyahısını hazırlayır.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova məlumat verib.

Birləşmiş Ştatlar viza qadağası tətbiq etdiyi Rusiya məmurlarını Hermitage Capital fondunun hüquqşünası Sergey Maqnitskinin ölümündə əli olmaqda ittiham edir.

Maqnitski 2009-cu ildə Moskva istintaq təcridxanasında müımmalı şəkildə olüb.

Faktla bağlı cinayət işi açılıb, təcridxananın bir sıra əməkdaşlarına qarşı ittiham irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG