Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:36

Liviya üsyançıları hücuma keçib


Liviya üsyançıları ölkənin qərbində Qaddafi qüvvələrinin üzərinə hücuma keçiblər.

Məlumatlara görə Gaddafi qüvvələrinin nəzarətində olan Qezaya şəhəri tank və raket qurğularından atəşə tutulur.

Bu şəhər Tunis sərhəddinin yaxınlığında yerləşir.

Hələlik itkilər barədə məlumat yoxdur.

Liviya hakimiyyəti isə bu arada Böyük Britaniyanın üsyançıların yaratdığı ötəri milli şuranı tanımasını ittiham edib.

Liviya hakimiyyəti isə Qaddafi rejiminə qarşı durmuş üsyançıların islamçı ekstremistlər
olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG