Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:17
İyulun 28-də Azərbaycan mətbuatında ən çox yer alan mövzu Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Bakıya səfəridir.

Rəsmi dövlət qəzeti «Azərbaycan» R. T. Ərdoğan və prezident İlham Əliyevin ziyafətdəki çıxışlarını dərc edib.

İlham Əliyev: «Bizim qarşımızda enerji məsələləri ilə bağlı strateji seçim etmək məsələsi duranda, şübhəsiz və heç bir tərəddüdsüz düzgün seçim edilmişdir və bütün bizim əsas enerji yollarımız Türkiyə ərazisindən keçir. Bu yollar bir dəhlizə çevrilibdir və bu dəhliz artıq nəqliyyat üçün də açılıbdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri və Bakı-Tbilisi-Qars layihəsi artıq regional müstəvidən çıxıb, beynəlxalq əhəmiyyətə malikdir. Necə ki, bizim dostluğumuz, qardaşlığımız və işbirliyimiz artıq regional müstəviyə sığmır. Bizim birliyimizin, birgə fəaliyyətimizin istənilən sahədə artıq qlobal mahiyyəti var».

R. T. Ərdoğan: «20 il əvvəlki Azərbaycanı bugünkü ilə müqayisə etsək, həqiqətən, çox fərqli bir dəyişiklik, inkişafın içərisindədir. Hava limanından buraya gələnə qədər həm bütün yolların infrastruktur işləri, həm də bütün binaların fasadlarının yenilənməsi kimi işlər Azərbaycanda bir şeyin siqnalını verir. O da adətən, mədəniyyət yolunda həm tarixinə sahib çıxmaq, həm də bu günü sabaha hazırlamaq məqamında mühüm bir mesaj verir».

AZƏRBAYCAN TÜRKİYƏYLƏ VİZA REJİMİNƏ NƏ DEYƏCƏK?

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) başqan yardımçısı Onur Öymən «Bizim yol»a deyib ki, Türkiyənin Azərbaycan vətəndaşlarına qarşı vizanı ləğv etməsinə baxmayaraq, Azərbaycanın da eyni addımı atmamasını anlaya bilmir:

«Biz çox üzülürük, «Can Azərbaycan» dediyimiz ölkənin hərəkətlərini anlaya bilmirik. Baxın, Rusiya, Gürcüstan, Suriya və başqa ərəb ölkələri Türkiyəyə vizanı qaldırdı. Amma bizə qardaş olan, doğma olan Azərbaycan bunu etmir. Hər dəfə bu məsələ gündəmə gələndə Azərbaycan rəsmilərindən detallı açıqlamalar ala bilmirik. Səbəbini də açıqlamırlar ki, Türkiyəyə bu münasibətin kökündə nə dayanır».

«YAP-A ÜZV OLMAĞI ÖZÜMƏ ŞƏRƏF SAYIRAM»

«Yeni Azərbaycan» qəzeti bir müddət əvvəl YAP-a üzv olmuş müğənni Tünzalə Ağayevadan müsahibə dərc edib. Müğənninin dediyinə görə, hakim partiyaya üzv olması vətənpərvərliyi ilə bağlıdır:

«Hər birimizin istəyi budur ki, bu dəyişikliklər davamlı olsun, bu dəyişikliklər Azərbaycan xalqının həyatının mənasını gözəlləşdirsin. Bütün bunlar prezidentimizin siyasətində özünün əksini tapır. YAP isə bunların uğrunda çalışır. Deməli, ölkəsinin daha da qüdrətli olmasını istəyən hər bir azərbaycanlının, o cümlədən, sənətçilərin seçimi məhz YAP olmalıdır. Mən də YAP-a üzv olmağı özümə şərəf, missiya və hədəf sayıram».

QƏBƏLƏ RLS YOLUNDA QARABAĞ DÜYÜNÜ...

Politoloq Vəfa Quluzadə Qəbələ RLS-in Rusiya tərəfindən icarəsinin başa çatması və icarə vaxtının uzadılması ilə əlaqədar «Yeni Müsavat» qəzetinə bunları deyib:

«Bizə orda Rusiyanın əsgəri bazasının olması lazım deyil. Üstəlik, Azərbaycanda Rusiyanın xeyrinə bu boyda kəşfiyyat obyektinin işləməsi başqa ölkələrin heç də xoşuna gəlmir. Amma nə etməli? Dağlıq Qarabağ, ətrafındakı 7 rayon işğal altındadır. 18 ildir bizə deyirlər ki, bu gün-sabah sizə kömək edəcəyik. Ona görə də, məncə, Azərbaycan bu dəfə də Rusiya ilə əlaqələri korlamayacaq, Moskvanın xətrinə dəyən addım atmayacaq…».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG