Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:56

İyulun əvvəli Xəzər ölkələrinin nümayəndələri Moskvada toplaşıb onun necə bölünməsi ilə bağlı müzakirələri davam etdirdilər.

Amma Azadlıq Radiosunun şərhçisi Hüseyn Arian deyir ki, Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan özlərini nikbin göstərsələr də, əslində SSRİ dağılandan keçən 20 il ərzində bu danışıqlarda ciddi bir irəliləyiş əldə olunmayıb. Bu da bəzi ölkələri danışıqlarda mövqelərinin daha güclü görünməsi üçün Xəzərdəki donanmalarını gücləndirməyə həvəsləndirir.

ƏN GÜCLÜ DONANMA RUSİYAYA MƏXSUSDUR

Məsələn, Rusiya Donanmasının komandiri, admiral Vladimir Vısotski mayda bildirib ki, 2020-ci ilə qədər Xəzər donanması daha 16 gəmi ilə gücləndiriləcək.

Hazırda Rusiyanın Xəzərdə 148 gəmi və qayığı var. Bu, Xəzərdəki ən gücü donanmadır.

Vısotski deyib ki, donanma sahildə qurulmuş müasir raket əleyhinə sistemlərlə də təchiz ediləcək.

İranın Xəzərdə 90 gəmi və qayığı var. Bu ilin əvvəlində İran donanmasının komandiri Həbibullah Səyyari deyib ki, onlar donanmanı daha 75 hərbi gəmi ilə gücləndirəcəklər. Səyyari bu ilin iyununda demişdi ki, “Biz İranın dənizdəki 20 faizlik payına tam nəzarət edirik”.

Halbuki bu rəqəm mübahisə mövzusudur. İran çalışır ki, danışıqlarda Xəzər sahili bütün sahilyanı ölkələr arasında bərabər bölünsün, hərəyə 20 faiz pay düşsün. Hazırkı quru sərhədləri çərçivəsindəsə İranın payı bundan azdır.

Həbibullah Səyyari
Qazaxıstan da Xəzər sahilində - Aktau limanında yeni aviabaza tikib. Bundan başqa Qazaxıstan Cənubi Koreyadan patrul qayıqları almağa çalışır, dənizçi məktəbində oxumaları üçün Türkiyəyə tələbə göndərir.

AZƏRBAYCANA TÜRKİYƏ VƏ ABŞ YARDIM EDİR

Azərbaycana Sovet donanmasından 8 gəmi miras qalsa da, son illərdə Türkiyə Azərbaycanı 30 patrul qayığı ilə təmin edib. Daha bir neçə motorlu qayığı Azərbaycana ABŞ verib.

Bundan başqa ABŞ Azərbaycana dəniz sularına nəzarət etmək üçün sahildə radarlar yerləşdirməyə kömək edib.

Türkmənistan da donanmasını inkişaf etdirməyə çalışır, qayıqlar alır, ilk dəfə olaraq hərbi akademiya yaradır.

Rusiyalı ekspert Aleksey Vlasov deyir ki, Xəzərdə hərbi iştirakını artırmaqla Rusiya başqa dövlətlərə mesaj vermiş olur. Mesaj budur ki, həmin dövlətlər Xəzərin hüquqi statusu ilə bağlı danışıqlarda nəhayət konkret nəticənin əldə edilməsinə ciddi köklənsinlər.

Ekspertin fikrincə, Rusiya ona görə öz mövqeyini gücləndirməyə çalışır ki, Xəzər regionunun yaxın 10-15 ildə Yaxın Şərq ölkələri, post-sovet dövlətləri və Avropa Birliyi arasında körpü olacağını anlayır.

QARŞIDAKI 10-15 İLİN RƏQABƏTİ

Vlasova görə, Rusiya ehtiyat edir ki, hüquqi statusla bağlı danışıqların uzanması bölgədə qüvvələr balansının dəyişməsinə imkan yarada bilər,nbölgədə Qərb
ABŞ-ın Azərbaycana bağışladığı motorlu qayıq
dövlətlərinin mövqeyi güclənə, hərbi iştirakı arta bilər.

Məsələn, Qərbin nəhəng neft və qaz şirkətləri – "Shevron", "British Petrolium" Xəzərdəki layihələrdə böyük paya malikdirlər. Bundan başqa, onların köməyilə bölgədən Avropaya yeni enerji daşıma marşrutları yaradılıb. Rusiya əvvəlki kimi regiondakı enerji daşıma yollarına nəzarət məsələsində monopolist deyil.

Başqa bir ekspert Vladimir Yevseyev isə deyir ki, Rusiya İrandan da ehtiyat edir:

“Rusiya narahatdır ki, İran İslam Respublikası da dənizdəki hərbi iştirakını kəskin şəkildə artırmağa çalışır. Buna görə də Rusiya özü istəmədən bu silah yarışına qoşulub və hansısa məqamda bu, toqquşmaya da gətirib çıxara bilər”.

Hesablamalara görə, dünya neft ehtiyatlarının 2-6 faizi, dünya qaz ehtiyatlatının isə 6-10 faizi Xəzərdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG