Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:02

Liviya üsyançıları yeni hücuma hazırlaşır


Liviyada üsyançıları Tunislə sərhəddə yerləşən Ghezaia şəhərinə hücuma hazırlaşır. Bunu üsyançılar bu gün bildiriblər.

Reuters agentliyinin xəbərinə görə, üsyançıların qoşunlarının komandanı Omar Fakkan deyib ki, müxtəlif şəhərlərdən gələn üsyançı qüvvələri Nafus dağında toplaşıb.

Liviya üsyançıları bir ay əvvəl Qaddafiyə edilən təklifin qüvvədə olmadığını da bildiriblər. Həmin təklifdə hakimiyyətdən gedəcəyi təqdirdə Qaddafiyə ölkədə qalmaq təminatı verilirdi.

Böyük Britaniyanın hakim dairələri Londondakı Liviya səfirliyinin bütün əməkdaşlarını ölkədən çıxarır.

Böyük Britaniyanın xarici işlər naziri William Hige bildirib ki, London artıq qanuni hakimiyyət kimi Qaddafi rejimini yox, üsyançıların yaratdığı ötəri milli şuranı tanıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG