Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:21

Əfqanıstanda daha üç mülki şəxs öldürülüb


Əfqanıstanın Kapis əyalətində fransız hərbçinin açdığı atəş nəticəsində üç mülki şəxs ölüb, üçü yaralanıb. Xəbəri Əfqanıstan prezidenti dəftərxanası və Əfqanıstandakı fransız komandanlığı yayıb.

Fransız hərbi komandanlığı bildirib ki, fransız patrul maşına saxlamaq əmri verib. Sürücü əmrə tabe olunmadığına görə o atəş açıb.

Əfqanıstan prezidenti dəftərxanasının məlumatına görə, ölənlər hamilə qadın, cavan kişi və bir uşaqdır. Prezident Karzai hadisəyə kəskin etirazını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG