Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:44

BMT Somaliyə havadan hümanitar yardımlar atır


BMT-nin Ümumdünya Ərzaq Proqramı agentliyi Somalinin paytaxtı Moqadişdə havadan hümanitar yardımlar atmağa başlayıb.

BMT-nin məlumatına görə hazırda Somalidə milyonlarla adam aclıqdan əziyyət çəkir.
Keniyadan qalxan ilk təyyarə Somaliya 10 ton ərzaq məhsulları çatdırıb.

Ay ərzində 35 min uşağı qidalandırmaq üçün Somaliyə 100 min ton ərzaq göndərilməsi planlaşdırılır.

Güclü quraqlıq nəticəsində Somali və qonşu ölkələrdə 12 milyon adam aclıq təhlükəsiylə üzləşib.
XS
SM
MD
LG