Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:14

«Bəxtiyar Hacıyevin dostları» ABŞ səfirinə açıq məktub yazıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Həbsdəki gənc fəal Bəxtiyar Hacıyevə dəstək məqsədi ilə qurulan «Bəxtiyar Hacıyevin dostları» adlı ictimai qrupun üzvləri ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzaya (Matthew Bryza) açıq məktub yazıb.

Qrupun AzadlıqRadiosuna göndərdiyi məktubda ABŞ hökumətindən «bir daha Azərbaycan hökümətini öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə və Ali Məhkəmədə Bəxtiyar Hacıyevin işinə baxış zamanı onun ədalətli məhkəmə hüququnu təmin etməyə çağırması» istənilir.

Gənc fəal, Harvard universitetinin məzunu və ötən ilin parlament seçkilərində deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev gənclərin təşkil etdikləri etiraz aksiyalarına virtual dəstəkdən dərhal sonra həbs edilib. Mayın 18-də barəsində «hərbi xidmətdən yayınma» ittihamı ilə 2 illik həbs qərarı çıxarılıb, 6 iyul 2011-ci ildə Appelasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

B. Hacıyev Appelyasia məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verməyə hazırlaşır.
XS
SM
MD
LG