Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:17

Hindistanla Pakistanın xarici işlər nazirləri Dehlidə görüşüb


Bu gün Hindistanın paytaxtı Dehlidə Pakistan və Hindistan xarici işlər nazirlərinin görüşü olub.

Hindistanın xarici işlər naziri Somanahalli Krishna görüşün səmərəli olduğunu, qarşılıqlı münasibətlərin doğru yolda olduğunu bildirib.

Öz növbəsində Pakistanın xarici işlər naziri Hina Rabbani Xar (Hina Rabbani Khar)
əməkdaşlıqda yeni səhifə açıldığını deyib.

Hər iki tərəf regionda gərginliyi azaltmaq üçün əməkdaşlığın vacibliyini qeyd ediblər.
2008-ci ildə Mumbayda 166 adamın ölümüylə nəticələnmiş hücumlardan sonra

Hindistanla Pakistan arasında sülh danışıqları dayandırılmışdı.

Bundan başqa iki yerə bölünmüş Kəşmirə görə Hindistanla Pakistan arasında 3 dəfə müharibə olub.
XS
SM
MD
LG