Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:15

Türkiyənin Baş naziri Bakıda səfərdədir


Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan Bakıya rəsmi səfərə gəlib. Hava limanında hökumət başçısını Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Daha sonra Azərbaycan prezidenti və Türkiyə Baş naziri arasında təkbətək görüş olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Ərdoğan Azərbaycana rəsmi səfərinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /AzərTAc/

Günün bütün mövzuları

XS
SM
MD
LG