Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:30

İsmayıllı rayonunda örüş sahəsi yanır


İsmayıllı rayonunun Gəraybəyli kəndinin örüş sahəsində yanğın baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi yanğının söndürülməsi ilə məşğuldur. İki yanğınsöndürən vertolyot da bu işə cəlb olunub.

Məlumatı AzadlıqRadiosuna İsmayıllı rayon icra hakiminin birinci müavini Rafael Əhmədov verib:

«Bu, kolluq, örüş sahədir. Dağlıq ərzidir. Ancaq yanğınsöndürən maşınlardan istifadə etmək mümkün deyil. Havadan 2 vertolyotla da söndürülür. Yanğının nə qədər sahəni əhatə etdiyi dəqiqləşməyib».

Hələlik yanğının baş vermə səbəbi məlum deyil.
XS
SM
MD
LG