Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:52

Türkiyə Buzüstündə Xokkey üzrə Qafqaz liqasını yaradır


Türkiyə Buzüstündə Xokkey Federasiyası Beynəlxalq Buzüstündə Xokkey Federasiyası ilə bu idman növü üzrə Qafqaz liqasını yaratmaqla bağlı razılığa gəlir.
Azərbaycan və İranla danışıqlar aparılır, Gürcüstan artıq bu liqaya qoşulmağa hazırdır, Ermənistanın da liqaya qoşulacağı gözlənir.

Qafqaz liqasının yaradılması təşəbbüsü iyunun 4-də Balkan Buzüstə Xokkey Birliyinin yaradılmasından sonra doğub. Oyunlar Türkiyədə Ərzurumda keçiriləcək.

Türkiyə və Gürcüstanın hər birindən iki, Ermənistandan isə bir komanda 2011-2012-ci il mövsümündəki oyuna qoşulacaq. Amma hələ Ermənistan komandasının statusu məlum deyil.

Anadolu xəbər agentliyinin məlumatına görə, Azərbaycan və İranla da ilkin razılıqlar var.

Rəsmilər Beynəlxalq Buz üstündə Xokkey Federasiyasının sentyabrda İstanbulda keçirəcəyi konfransa qədər Qafqaz liqasını formalaşdırmaq istəyirlər. Konfransda 400 nümayəndə iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG