Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:14

ABŞ-da daha bir konqresmen seks qalmaqalı ilə üzləşib


Daha bir konqresmen seks qalmaqalı üzündən istefaya getməyə məcbur olub. Tayvan əsilli konqresmen David Wu Oregon ştatındadır. O, iyulun 26-da elan edib ki, 18 yaşlı qadının "onunla istəmədən seksual münasibətə girməsi" ilə bağlı dedikləri onu istefaya məcbur edib. 56 yaşlı David Wunun bəyanatında deyilir ki, bu ittihamlara qarşı özünün müdafiəsini qurmaq üçün istefaya gedir.

Hadisədə adı hallanan qadın onun seçki kampaniyasına donorluq etmiş dostunun qızıdır.
Konqresin Etik Komitəsi bu hadisəni araşdırır.

Demokratlar Partiyasından olan David Wu 1998-ci ildə ABŞ Konqresinə seçilən ilk çin əsilli amerikalı olub.

Bundan əvvəl isə Demokratlar Partiyasından Anthony Weiner internetdə tanış olduğu qadınlara çılpaq şəkillərini göndərməyinə görə qalmaqalla üzləşmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG