Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:53

Livanda BMT sülhməramlı əsgərləri yaralanıb


Livanda bomba partlayışı zamanı BMT-nin və ABŞ-ın rəhbərlik etdiyi sülhməramlı qoşunun əsgərləri yaralanıb. Onlar Fransa sülhməramlısı olub. BMT-nin baş katibi Ban Ki Moon hadisədən dərin narahatçılığını bölüşüb və bildirib ki, son iki ayda BMT qüvvələrinə bu, ikinci hücumdur. Hücumla bağlı hələ ki, heç bir qüvvə məsuliyyəti öz üzərinə götürməyib və hücumun arxasında kimin durduğu hələ məlum deyil. BMT-nin Təhlükəsizlik Şurası hücumu "terror aktı" sayıb.

ABŞ Dövlət Departamenti Livan hakimiyyətini çağırıb ki, hücumu araşdırıb səbəbkarları məhkəmə qarşısına çıxarsın.

Dövlət Departamenti onu da bəyan edib ki, Livan və İsrail sərhədləri arasında duran BMT sülhməramlılarına dəstəyi davam etdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG