Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:17

Eynulla Fətullayevin məhkəməsi təxirə salınıb


Sonuncu əfv sərəncamı ilə azadlığa çıxan jurnalist Eynulla Fətullayevə qarşı irəli sürülmüş narkotiklərin qanunsuz əldə edilməsi və saxlanması ittihamı üzrə Ali Məhkəməyə verilmiş kassasiya şikayətinə baxılması yenə təxirə salınıb.

Bu barədə Lent.az-a məlumat verən vəkil Anar Qasımov bildirib ki, dövlət ittihamçısı Həsən Mansurov işlə tanış olmadığını əsas gətirərək, prosesin təxirə salınmasını istəyib.

Hakim prosesi avqustun 17-si, saat 11:00-a təyin edib.

Proses daha öncə iyulun 13-dən iyulun 27-nə keçirilmişdi.

Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevin qanunsuz narkotik saxlaması ittihamına görə onun 2,5 il müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG