Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:01

Evində ölü tapılan britaniyalı müğənni dəfn edildi


Britaniyalı müğənni Amy Winehouse iyulun 26-da dəfn olunub. Onun dəfn mərasimində ailəsi və yaxınları iştirak edib.

27 yaşlı Amy Winehouse ötən həftənin şənbə günü evində ölü tapılıb. Polis onun ölümünün səbəblərini hələ müəyyən edə bilməyib.

Müğənni alkoqol və narkotikdən asılılıqla mübarizə aparıb. O, "Back To Black" albomuna 5 Qremmi mükafatını udub. Tənqidçilərə görə, Amy Britaniyanın cağdaş qadın müğənniləri arasında istedadı ilə seçilirdi.
XS
SM
MD
LG