Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:22

Yemiş satışına qadağa qoyulub


Bakının «8-ci km» qəsəbəsindəki bazarda bostan bitkilərinin topdansatış məntəqəsində yemişin satışına qadağa qoyulub.

Bu haqda Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov məlumat verib.

O deyir ki, həmin məntəqədə satılan qarpız və yemişlərdən götürülən nümunələr analiz edilib:

«Qarpızların tərkibində heç bir problem yoxdur. Amma Kürdəmir rayonundan məntəqəyə gətirilən yemişlərin tərkibində nitratın miqdarının bir qədər çox olduğu aşkarlandı. Bununla bağlı, həmin məhsulun satışı dayandırıldı».

Bakıdakı bazarların bir çoxunda satılan qarpız və yemiş həmin məntəqədən tədarük edilir. /apa/
XS
SM
MD
LG