Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:17

Ölkə ərazisində temperatur 42 dərəcəyə qədər qalxacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-26 dərəcə isti, gündüz 35-39 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrinə gəlincə, iyulun 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcəyədək isti, dağlarda gecə 15-19 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti hava şəraiti haqqında qısa icmalı da açıqlayıb. Yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif cənub küləklərinin üstünlüyü, temperaturun yüksələcəyi gözlənilir.
XS
SM
MD
LG