Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:24

Gəncəbasarda yoluxucu xəstələr 2 dəfə artıb


İradə Dəmirova
İradə Dəmirova
Həkimlər 21 əsri virus əsri elan edirlər. Azərbaycanın Qərb bölgəsində ötən illə müqayisədə virusa yoluxma 2 dəfə artıb. Bunu Gəncə şəhərinin baş infeksionisti İradə Dəmirova deyir.

Xanlar sakini Nuranə Quliyevanın 3 yaşlı oğlu 2 aydır ki, Gəncədəki Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicə olunur. Həkimlər onun uşağına «sepsis» bağırsaq infeksiyası diaqnozu qoyublar. Deməsinə görə, bir neçə dəfə də uşağını müayinə edən həkim özəl klinikada analiz verilməsini lazım bilib:

«Uşaqda halsızlıq, temperatur var. 2 aydır ki, belə davam edir xəstəlik. Bağırsaqda «sepsis» var. DNK da vermişik, sepsis çıxıb».

«XƏSTƏLƏR TƏXMİNİ QOYULAN DİAQNOZLARLA MÜALİCƏ EDİLİR»

Baş infeksionist İradə Dəmirova deyir ki, hazırda böyüklər arasında Hepatit B və C, uşaqlar arasında isə bağırsaq virusları artmaqdadır.

Baş infeksionist qeyd edir ki, xəstəxanada virusoloji laboratoriyanın olmaması onların işini çətinləşdirir və xəstələr təxmini qoyulan diaqnozlarla müalicə edilir. Ağır xəstələr isə ya özəl ya da Bakı şəhərindəki müvafiq laboratoriyalara göndərilir:

«BİZ XƏSTƏNİ BAKI ŞƏHƏRİNƏ GÖNDƏRİRİK»

«Bu əsr virus əsri hesab olunur. Xəstəxanamızda virusoloji laboratoriya yoxdur. Özəllərdə var, amma dövlət tərəfindən təşkil olunmayıb. Bizdə bakterioloji laboratoriyalar var, biokimyəvi laboratoriyalar var, klinik laboratoriya var. Ancaq ayrıca olaraq virusoloji laboratoriya da olmalıdır ki, viruslar təyin olunsun. Məsələn polimeral zəncirvarı reaksiya var ki, onunla bütün virusların törədiciləri təyin edirlər. Amma Gəncədə yoxdur. Biz lazım olanda, xəstəni Bakı şəhərinə göndəririk. Bu da çətinliklər törədir, maddi cəhətdən bahadır. Çoxunun Bakı şəhərinə getməyə imkanı yoxdur, maddi baxımdan hətta vaxt itkisi də ola bilər.
Gəncədəki Yoluxucu Xəstəliklər Xəstəxanası
Diaqnozun vaxtında qoyulmasına maneçilik törədə bilir. Xəstənin ağırlaşmasına səbəb ola bilir. Bu, təkcə Gəncənin problemi deyil, eləcə də ətraf rayonların problemidir».

İradə Dəmirovanın deməsinə görə, Gəncədə əslində virusoloji laboratoriya var. Ancaq Səhiyyə Nazirliyi onu yalnız QİÇS xəstələri üçün nəzərdə tutub. Baş infeksionist İradə Dəmirova düşünür ki, Gəncədə laboratoriya olsa, bundan həmdə ətraf rayonlardan müraciət edən xəstələr də yararlanar. O deyir ki, dəfələrlə təkmilləşmə təlimlərində virusoloji laboratoriyanın təmin edilməsinin zəruriliyi barədə hətta nazirliyə də məlumat veriblər.

Azərbaycanda bakterioloji laboratoriyaların belə tam təchiz olunmadığını deyən həkim Adil Qeybulla isə bildirir ki, virusoloji laboratoriyanın həm texniki, həm də kadr ehtiyatı baxımından ciddi təminatı üçün zaman lazımıdır:

«ZAMAN LAZIMIDIR»

«Virusoloji laboratoriya yüksək təchizatı olan bir laboratoriyadır. Onların qurulması texnoloji kadr baxımından belə çətindir. Virusların identifikasiya olunması, onun təyini diaqnostikası elə də asan deyil. Bunu hələlik mərkəzdə institut həyata keçirir. Bakterioloji laboratoriyalarda belə bütün təchizat tam təmin olunmayıb. 21-ci əsr virus əsridir, bu baxımdan bölüşürəm narahatçılığı. Amma buna zaman lazımıdır, həm texniki təchizat, həmdə kadr baxımından».

Müxtəlif viruslara yoluxmuş onlarla insan Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının laboratoriyasının qarşısında analiz cavabları gözləyirdi. Onlara, həkimlərin sözü ilə desək, təxmini diaqnoz qoyulacaqdı. Bu təxmini diaqnoz onların xəstəliklərinə əlac olacaqmı?

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA SONRAKI GÜNLƏRDƏ

Astara: 3 ay əvvəl prezidentin iştirakı ilə açılan Şahağacı yoluna yamaq vurulur…
XS
SM
MD
LG