Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:11

ABŞ altmış rusiyalı məmura viza sansksiyası qoyub


Prezident Barak Obama adminstrasiyası Rusiyada həbsdə ölən vəkil Sergei Magnitskynin işi ilə bağlı məmurlara ABŞ-a viza verilməsinə qadağanı qəbul edib.
Məlumatlara görə, qadağa 60 Rusiyalı məmura təsir edə bilər.

ABŞ rəsmiləri daha geniş sanksiya yolları axtarıblar, onlar həm viza qadağasını, həm də hesabların dondurulmasını nəzərdən keçiriblər.

Vaşinqtonda AzadlıqRadiosuna bildirilib ki, dövlət katibi Hillari Klinton "Sergey Maqnitskynin ölümü ilə bağlı şəxslərin ABŞ-a səfər etməsini qadağan etmək üçün tədbirlər görüb".

37 yaşlı Maqnitsky 2009-cu ildə Moskva həbsxanasında tibbi xidmətlərin çatışmazlığından ölüb. O, ölkə Daxili İşlər Nazirliyini vergi fırıldaqçılığında ittiham edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG