Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:37

Alimlər Servantesin məzarını axtaracaq


Miguel de Cervantes
Miguel de Cervantes
İspan alimləri məşhur yazıçı, ölməz “Don Kixot” romanının müəllifi Migel de Servantesin məzarını axtarıb tapmaq qərarı veriblər. (“Guardian” qəzeti)

1616-ci il aprelin 23-də vəfat edən yazıçı öz vəsiyyətinə əsasən Madriddə - evinin yanındakı monastırda dəfn edilib.

Amma onun məhz harada dəfn edildiyi bilinmir, çünki 1673-cü ildə monastırda yenidənqurma işləri aparılıb.

Bundan başqa məzarının tapılması Servantesin nədən öldüyünü də aydınlaşdırmağa imkan yarada bilər.

Yazıçının xarici görünüşü barədə də məlumat azdır. Onun ilk portreti ölümündən 20 il sonra rəssam Juan de Juaregui tərəfindən yaradılıb.

Bəzi müasirləri iddia edirdi ki, Servantes çox içirdi və məhz buna görə qara ciyər serrozundan ölüb.

Alimlər monastırda aparılacaq axtarışların uğurla nəticələnəcəyinə ümid edirlər.

Servantes 1571-ci ildə Lepanto döyüşündə iştirak edən zaman yaralandığı üçün tapıla biləcək sümüklərin həmin yaraların izlərini daşıdığına ümid var.

Osmanlı Türkiyəsi ilə həmin dəniz döyüşündə Servantes qolundan və sinəsindən ağır yaralanıb.

Alimlər axtarışlarını 2016-cı ilə qədər başa vurmağa ümid edirlər. Həmin il Servantesin ölümünün 400 illiyi qeyd ediləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG