Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:30

Ukrayna Türkiyə vətəndaşını casusluq ittihamı ilə məhkum etdi


Türkiyə vətəndaşı casusluq ittihamı ilə Ukraynada 3 il 3 ay həbsə məhkum edilib.

Ukrayna prokurorluğu bildirir ki, adı çəkilməyən həmin şəxs Qara Dənizdə Krım yarımadasında dəniz patrullarının vəziyyəti ilə maraqlanırmış və Ukraynanın dəniz donanmasının rəsmilərinə rüşvət verirmiş.

41 yaşlı həmin şəxs keçən il Ukraynanın dəniz donanması rəsmilərinə 7 min dollar rüşvət verib ki, patrul gəmilərinin yerini öyrənsin.

Prokurorluğun fikrincə, türkiyəli həmin şəxs Ukrayna sularında qanunsuz balıq tutan Türkiyənin balıqçı gəmilərinə kömək göstərirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG