Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:24

Pentagon təsdiqləyib ki, pulun bir hissəsi Talibana gedib


Pentaqon təsdiqləyib ki, Əfqanıstanda Amerikanın nəqliyyat müqavilələrinə ayrılan pulun bir hissəsi Talibana gedib.

Müdafiə nazirliyinin sözçüsü Dave Lapan deyib ki, yükdaşıma üçün bağlanan 2 milyard 100 milyon dollarlıq müqavilələrdəki pulun bir hissəsi Talibana gedib-çıxıb. Onun sözlərinə görə, bunu müstəntiqlər müəyyən edib.

Bundan əvvəl Washington Post yazmışdı ki, müqavilədəki tərəfdaşlar ya Talibana pul verirlər ki, təhlükəsizliklərini təmin etsinlər, ya da pul yuma, pulun bir hissəsini geri qaytarma kimi qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirirlər.
XS
SM
MD
LG