Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:07

İsrail musiqiçiləri 70 illik qadağanı sındırdı



İyulun 26-da İsrailin kamera orkestri 70 illik qadağaya baxmayaraq Adolf Hitlerin sevimli bəstəkarı - Richard Wagnerin əsərini ifa edəcək.

Konsert ənənəvi Wagner musiqi festivalı çərçivəsində Almaniyanın cənubunda Bayroyt şəhərində keçiriləcək.

Bir sıra yəhudi təşkilatları musiqiçilərin bu qərarını tənqidlə qarşılayıblar.

Richard Wagnerin bəstələrinə İsraildə qadağa var.

Belə ki, nasistlərin lideri Adolf Hitlerin rəğbət bəslədiyi 19-cu əsrin alman bəstəkarı öz antisemitizm baxışlarını heç vaxt gizlətməyib.
XS
SM
MD
LG