Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:13

İnsan alveri ilə bağlı 63 fakt aşkarlanıb


Foto: Arxiv
Foto: Arxiv
Bu ilin 6 ayında Azərbaycanda insan alveri ilə bağlı 63 cinayət faktı qeydə alınıb. 15 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 26 qurban müəyyən olunub.

Xəbəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi yayıb.

Bu il qeydə alınan insan alveri cinayətlərindən 1 fakt əməyin istismarı ilə bağlı olub. Vətəndaşları işə düzəltmək adı ilə aldadaraq Rusiyaya aparıblar. Hazırda həmin faktla bağlı araşdırma aparılır.

Bir fakt isə ananın yeni doğulmuş uşağını satması ilə bağlı olub. Qadın uşağını satmaq istəyərkən saxlanılıb.

Qalan faktlar isə qadınların cinsi istismarı ilə bağlı olub.

Məlumatda bildirilir ki, Azərbaycandan qadınlar cinsi istismar məqsədilə Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinə, İran və Rusiyaya aparılır.

İnsan alveri qurbanlarından 18 nəfərin hər birinə 200 manat birdəfəlik müavinət, 6 nəfərə isə Qurbanların Kömək Fondundan yardım verilib.

İnsan alverinin qurbanı olmuş 15 nəfər sığınacağa yerləşdirilib.(Trend)
XS
SM
MD
LG