Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:18

Bakıda 62 nəfəri gün vurub


Yay mövsümü başlayandan bu günə qədər Bakıda günvurma ilə bağlı 62 nəfər təcilli yardıma müraciət edib. Paytaxt çimərliklərində isə 20 suda boğulma faktı qeydə alınıb.

Bu barədə AzadlıqRadiosuna Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov verib:

«Günvurma ilə müraciət edən 62 nəfərdən 19-u xəstəxanaya çatdırılıb. Təkcə son 5 gün ərzində 19 nəfər günvurma ilə bağlı müraciət edib. Mövsüm başlayandan bu günə qədər Bakıda suda boğulanların sayı 20 nəfər olub. Bunlardan 6-sı ölümlə nəticələnib».

Mürsəl Həmidov havanın isti keçdiyi bu günlərdə bir daha saat 11.00 - dən 17. 00-a qədər açıq havada qalmamaqla bağlı xəbərdarlıq edib.

Bu gün Bakıda və Abşeron yarımadasında gündüz 35-39 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə 35-40 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bildirir ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif sahil küləklərinin üstünlüyü fonunda kəskin isti temperatur şəraiti əksər əhali üçün, xüsusən də uşaq, yaşlı və xəstə insanlar üçün əlverişsizdir. Günün qızmar vaxtı açıq havada olmaq məsləhət görülmür.
XS
SM
MD
LG