Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:15
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev «Trend»ə bildirib ki, elektron vizaların verilməsi ilə əlaqədar bu prosesinin sadələşdirilməsi təklifi irəli sürülüb.

A.İsmiyev deyib ki, hazırda elektron vizanın tətbiqi üçün işlər aparılır. Amma elektron vizaların verilmə prosesinin nə vaxtdan başlayacağı hələ məlum deyil.

Nazirlik rəsmisi deyir ki, elektron vizanın nə vaxtdan tətbiq ediləcəyi yalnız Mədəniyyət və Turizm Nazirliyindən asılı deyil. Bu yeniliyin tətbiqi üçün yeni sistem qurmaq, avtomatlaşdırılmış sistem yaratmaq, blanklar hazırlamaq lazımdır:

«Elektron viza sistemi tətbiq edildikdən sonra turistlər sənədlərini internet vasitəsilə səfirlik və konsulluğa təqdim edəcəklər. On beş gündən sonra isə onlara müsbət və ya mənfi cavab veriləcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG